Xəbər lenti

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin İrana hücumunu və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BEAE) nəzarətində olan nüvə obyektlərinə zərbələri kəskin şəkildə pisləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin İrana zərbələrinin BMT Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərini ciddi şəkildə pozduğunu, həmçinin Yaxın Şərqdə gərginliyi daha da artırdığını vurğulayıb. Pekin münaqişənin bütün tərəflərini, xüsusən də İsraili atəşi mümkün qədər tez dayandırmağa və tərəflər arasında danışıqlara başlamağa çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi də ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələr endirməsini kəskin şəkildə pisləyib.

Qeyd edilib ki, bu qərar beynəlxalq hüququ, eləcə də BMT Nizamnaməsini və BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozur.

"Zərbələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə tərəfindən həyata keçirilməsi xüsusilə həyəcanvericidir", - nazirlik əlavə edib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda üç nüvə obyektinə hücum edib.




Ana səhifəyə qayıt        Baxış: 3 530          Tarix: 22-06-2025, 22:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma