Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Xəbər verildiyi kimi, Yüksək Texnologiyalar Parkının rəhbəri Seymur Ağayev bir neçə gün öncə vəzifəsindən istefa verib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən parkın rəhbəri Seymur Ağayev öz istəyi ilə işdən ayrılıb. Hələlik onun vəzifəsini icraçı direktor Kənan Bayramov həyata keçirir.
Maraqlıdır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsinin öz ərizəsi ilə işdən ayrılması barədə əlavə hər hansı məlumat verilmir. "Yeniavaz.com"un məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib ki, Yüksək Texnologiyalar Parkının əməkdaşları 2-3 aydır maaş ala bilmirlər. Ekspert qeyd edib ki, qonşu ölkələrdə Yüksək Texnologiyalar Parkı ilə eyni vaxtda fəaliyyətə başlayan texnoparkların gəliri artıq milyarda çatır. Lakin bizdə isə bu Park istənilən nəticəni əldə edə bilməyib.
O, hesab edir ki, icraçı direktorun istefası da bu sahədə dönüş yaratmağa imkan verməyəcək, bunun üçün islahatlar aparılmalıdır.
"Mən gözləyirdim ki, əməkdaşları 2-3 ay əmək haqqı ala bilməyən Yüksək Texnologiyalar Parkının özü haqqında nəsə bir yeni qərar verərlər. Yəni, ya taman yenidən quralar, formatını dəyişələr, daha dar çərçivədə - konkret istiqamətlər üzrə fəaliyyət mexanizmləri hazırlayarlar, ya da lap elə ləğv edərlər. Çünki, eyni müddətdə yaradılan qonşu ölkələrin Texnoparklarınin illik dövriyyələri az qala 1 milyard dollarla ölçülür. Amma deyəsən, sadəcə TexnoParkın rəhbəri Seymur müəllimi vəzifəsindən azad edəsi oldular. Nə dəyişəcək? Əgər bu qurumda köklü dəyşikliklər olmasa, zəruri resurslar ayrılmasa nəsə yenilik gözləməyə dəyməz. Hətta, bir müddət öncə qeyd etdiyim kimi, əgər bu cür "ətalət" davam edərsə, Prezident Fərmanı ilə Pirallahıda ayrılan 50 hektar torpaq sahəsini də əllərindən alsalar, güman ki təəcüblənmərəm", - ekspert bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar