Ağdam polisi əməliyyat keçirərək evlərdən oğurluq edən dəstə üzvlərini yaxalayıb. Bundan başqa obyektlərdən oğurluq edən şəxs də tutulub.
Ağdamda evlərə qənim kəsilən oğru dəstə tutulub
Rayonun Baharlı qəsəbə sakini Nizami Əliyevin yaşadığı evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən 18 yaşlı Məhərrəm Atakişiyev,18 yaşlı Aslan Aslanov,42 yaşlı Elşən Zeynalov və bir nəfər yeniyetmə Ağdam polisi tərəfindən saxlanılıb.Onların digər əməlləri də üzə çıxıb.
Polis əməkdaşları rayonda oğurluq edən 38 yaşlı Mehdi Mehdiyevi də saxlayıb.O, avtoyuma məntəqələrindən avadanlıqlar oğurlayıb.Hər iki faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda Xətai polisi isə telefon mağazasından oğurluq etmək istəyən şəxsi tutub. Rayon Mühafizə polisi Sarayeva küçəsində gecə saatlarında xidmətdə olarkən naməlum şəxsin mağazaya daxil olmaq istədiyini görüb. Bir müddət həmin şəxsi təqib etdikdən sonra polis müəyyən edib ki, şübhəli telefon mağazasına daxil olub. Dərhal polis ərazini mühasirəyə alıb və şübhəli Elvin Hümbətovu saxlayıb. Həmin vaxt onun əlində oğurluq yollla əldə etdiyi iki ədəd mobil telefon da olub.
Onun digər cinayətlərdə də əlinin olub olmaması araşdırılır.
Paylaş: