Xəbər lenti

 

"Rubin"in yarımmüdafiəçisi Gökdeniz Karadeniz Kazanın Reablitasiya Cəmiyyətinin 70 nəfər yaşlı üzvünə və fiziki imkanları məhdud olan kəslərə nahar təşkil edib.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki, mərasimə toplaşanlara tatar mətbəxinin nümunələri və müqəddəs Zəm-Zəm suyu təqdim olunub

Bu Gökdenizin ilk xeyirxah addıımı deyil. 2016-cı ilin dekabrında türk futbolçu 50 ehtiyaclını doydurmuşdu. Həmin ilin iyununda isə məscid tikintisini maliyyələşdirməyə başlamışdı.

"Məscid mənə məxsus deyil. O, bütün inanclılara aiddir. Hətta burdan gedəndən sonra da məscid bütün müsəlmanlara xidmət edəcək" - Gökdeniz demişdi.




Ana səhifəyə qayıt        Baxış: 532          Tarix: 5-10-2017, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma