Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində növbəti oyunu idarə edib.
"Report"un məlumatına görə, 30 yaşlı baş hakim Makedoniyanın paytaxtı Skopyedə "Vardar"la İspaniya "Real Sosyedad"ı arasındakı L qrupunun III tur matçında fit çalıb.
Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Rəhim Rəhimov və Orxan Məmmədov əlavə köməkçi, Mübariz Haşımov isə dördüncü hakim qismində yardımçı olub.
Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Qollardan 4-nü Villian Xose vurub. Ağayev cəmi bir dəfə sarı vərəqəyə əl atıb. O, "Vardar"ın erməni müdafiəçisi Hovannes Hambartsumyanı 61-ci dəqiqədə kobud oyuna görə cəzalandırıb.
Bu görüşdə meydan sahiblərinin heyətində "Xəzər Lənkəran"ın sabiq legionerləri Nikola Qliqorov və Deyan Blajevski də çıxış edib. Qliqorov sonadək meydanda olduğu halda, Blajevski 46-cı dəqiqədə oyuna daxl olub.
Paylaş: