Xəbər lenti

 

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubunu dəyişməyə hazırlaşır.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, forvard artıq bir rəsmi təklif alıb.

Bu mövsüm Dənizli klubunda əsas heyətdən kənarda qalan Yılmaz I liqa təmsilçisi "Çaykur Rizəspor"un maraq dairəsinə düşüb. Yanvarda heyətdə köklü dəyişikliklər etməyi planlaşdıran Rizə klubunun baş məşqçisi İbrahim Üzülməz transfer siyahısını rəhbərliyə təqdim edib. Üzülməz hücum xəttinin məhz Dənizlə gücləndirilməsini tələb edib. Dərhal hərəkətə gələn rizəlilər 29 yaşlı oyunçu ilə danışıqlara start veriblər.

Qeyd edək ki, Dəniz Yılmaz "Bursaspor"a 2016-cı ildə "Bursaspor"dan keçib.




Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 11-11-2017, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma