Xəbər lenti

Kamran Ağayevi Çexiyadan yolladılar

Azərbaycan millisinin qolkiperi Kamran Ağayev şərəfini qoruduğu Çexiyanın “Mlada” (Boleslav) klubundan göndərilib.

Publika.az xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.

K.Ağayevin baş məşqçinin istəyi ilə komandadan göndərildiyi bildirilib. Futbolçu gözləntilərə cavab vermədiyi üçün müqaviləsinə xitam verilib.

Yerli mətbuatda yayılan məlumatlara görə, Kamran Ağayevin iştirak edəcəyi klub artıq müəyyənləşib.

İddialara görə, təcrübəli qapıçı “Keşlə” klubuna transfer olunacaq. Klubun mətbuat xidmətindən Səbuhi Məmmədov isə bu barədə xəbərsiz olduqlarını bildirib:

“Biz də bu barədə hələ ki, mətbuatdan məlumat alırıq. Bildiyiniz kimi, “Keşlə” klubunun transfer qadağası var. Bu qadağanın müddəti gələn ilin yanvar ayında başa çatacaq. Ortada hələ ki, heç bir şey yoxdur. Buna görə də hələ ki, transfer etmək istədiyimiz futbolçularla heç bir danışıq aparmamışıq. Hazırda transfer pəncərəsinin açılmağını gözləyirik. Kamran Ağayevin transferi isə klubun rəhbərliyinin qərarına bağlıdır. Ancaq bu barədə danışıqlar aparılmayıb”.




Ana səhifəyə qayıt        Baxış: 803          Tarix: 7-12-2017, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma