“Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına geniş müsahibə verib.
Publika.az xəbər verir ki, Yakub Bakıdakı xoşbəxt həyatından danışıb və doğru qərar verdiyini bildirib:
“Yaşayış yerimi və klubumu dəyişmək əla qərar oldu. Çempionlar Liqasında oynadım, amma qazancım təkcə idman uğuru olmadı. Yeni insanlar, yeni ölkə və mədəniyyətlə tanış oldum. Burada xoş həyat hökm sürür. İlk dəfə 2003-cü ildə Bakıda olmuşam. Ancaq o zaman şəhər haqqında müsbət təəssüratlarım yox idi. İnsanlar əcnəbilərə qarşı dostcanlıdılar. İngilis dilində də ünsiyət yaratmaq olur. Amma rus dili dominantlıq edir. Buna görə də Yeni ildən sonra rus dilini öyrənmək istəyirəm.
Ancaq əsl Polşa qışını burada yaşaya bilmirəm. Yeməklərə gəldikdə isə burada Avropa mətbəxi olan restoranlar çoxdur. "Qarabağ", “Qəbələ” və “Neftçi”nin legionerləri ilə birgə eyni binda yaşayırıq”.
Polşalı müdafiəçi Azərbaycan prezidenti İlham Əliyevlə bağlı xatirələrini də bölüşüb:
“İlham Əliyevin Çempionlar Liqasının seçmə mərhələsi və qrupda keçirdiyimiz oyunlara gəldiyini bilirəm. Hətta bizi qəbuluna çağırmışdı. Hər birimizlə ayrılıqda söhbətləşmişdi. O, hamımızın ad və soyadını bilir. Bu isə məni sözün yaxşı mənasında təəccübləndirir”.
Y.Jezniçak həmçinin, komanda yoldaşları və baş məşqçi haqqındakı fikirlərini də bölüşüb:
“Çempionatda belə bir qayda var ki, komandanın start heyətində 5 yerli futbolçu yer almalıdır ki, onlardan da biri 21 yaşadək olmalıdır. Bizdə bu oyunçu Mahirdir. Ancaq onun üstünülüyü təkcə gənc olması deyil, həm də çox perspektivli futbolçudur. Kimsə ölkə xaricində çıxış etməlidirsə, o, Mədətov olmalıdır.
Qurban Qurbanov isə çox tələbkar məşqçidir, nadir hallarda gülür. Onun üçün nizam-intizam birinci yerdədir. Çempionlar Liqasında hər iki oyunda “Atletiko”dan xal aldıq. Ancaq baş məşqçimiz spirtli içkiləri sevmir deyə, bunu qeyd etmədik”.
Paylaş: