Xəbər lenti

Ağdamın “Qarabağ” komandasının polşalı futbolçusu Yakub Jezniçak “Super Express”in suallarını cavablandırıb.

“Report” həmin müsahibəni təqdim edir:

- Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində “Şerif”lə cavab matçı zamanı burnunuz və bamağınız sındı. İndi necəsiniz?

- Həqiqətən burnum qırılıb, lakin həkim dedi ki, mənə qoruyucu maska lazım deyil. Barmağım da əzilib. “Qarabağ” heç vaxt “pley-off” mərhələsinə vəsiqə qazanmamışdı. Bu baxımdan tarixi uğura imza atmaq şansımız var. Hərçənd, cütün favoriti “Kopenhagen”dir. Ancaq biz də qrupa düşmək istəyirik. İkinci dəfə qrup mərhələsində çıxış etmək mənim üçün də əla olar.

- Sizin şansınız var, amma sabiq klubunuz “Legia” mübarizəni Avropa Liqasında davam etdirəcək. Püşkə əsasən rəqib “Şerif”dir. Əvvəlki komandanızın şansını necə dəyərləndirirsiniz?

- Əminəm ki, “Legia”nın “Şerif”i keçmək üçün yaxşı imkanı var. Moldovalıların zəif olduğunu demirəm. Lakin sabiq komandam rəqibdən üstündür.

- “Şerif” öz meydanında necə oynayır? Stadion qonaqlar üçün cəhənnəm olur?

- Xeyr. Bir qədər “Belxatov”un stadionuna bənzəyir. Orada oynamaq xoş oldu. Rəqibi 2:1 hesabı ilə məğlub etdik. Evdə qolsuz heç-heçə qeydə alındığından biz növbəti mərhələyə yüksəldik.

- “Legia”nın tərk etmək qərarınıza qayıdaq. Azərbaycan kifayət qədər ekzotik istiqamətdir...

- Menecer Azərbaycandan təklif gəldiyini deyən zaman, ona maliyyə şərtlərinin çox yaxşı olmalı olduğunu söylədim. Demək olar ki, bir gün fikirləşib qərar verdim. Bəs indi? Hazırda çox xoşbəxtəm. Bu, düşündüyümdən də yaxşıdır. Böyük baza, yaxşı infrastruktur var. Ora gedəndən yaxşı yağmayıb. Bu gedişlə heç yağmayacaq da (gülür).

- Orada polşalılarla rastlaşmısınızmı?

- Komandada Polşanın “Yagelloniya” klubunun sabiq futbolçusu Dani Kintana çıxış edir. Onun həyat yoldaşı polyakdır. Həmçinin Donald Gerrye əvvəl “Visla”da oynayıb. Onun da yoldaşı polyakdır və iki övladı var.

- Klub Ağdamı təmsil etsə də, ev oyunlarını Bakıda keçirir. Bunun tarixçəsi uzundur?

- Klub Ağdamda təsis olunub. Lakin Azərbaycanla Ermənistan arasında baş verən müharibə zamanı şəhər dağıdılıb. Ancaq Bakıda da çoxlu azarkeşlərimiz var. Qarşımıza qoyulan məqsəd ÇL-in qrupuna vəsiqə qazanmaq və ölkə çempionu olmaqdır.




Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 7-08-2017, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma