Xəbər lenti

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün C qrupunda yer alan Fransa yığması ilə Avstraliya yığması ilə Kazanda qarşılaşıblar.

Strateq.az xəbər verir ki, 54-cü dəqiqəyə qədər yığmalar qarşılıqlı hücumlar etsələr də, hesabı aça bilməyiblər. Lakin 54-cü dəqiqədə Avstraliyanın qapısı önündə Qrizmanın yıxılması ilə bağlı mübahisəli vəziyyət yaranıb. Baş hakim video-hakimin məsləhəti ilə davam edən oyunu saxlayıb, təkrar videoya baxdıqdan sonra penalti qərarı verib.

58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qrizman hesabı açıb – 1:0.

Bu qoldan 3 dəqiqə sonra isə hakim Fransanın qapısına penalti təyin edib.

62-ci dəqiqədə Yedinak hesaba tarazlıq gətirib – 1:1

81-ci dəqiqədə isə Poqba möhtəşəm qola imza ataraq Fransanı önə çıxarıb – 2:1.

Qalan 9 və hakimin oyuna əlavə etdiyi 5 dəqiqə ərzində Avstraliya təzyiqi artırsa da, hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, Fransa oyundan 2-1 qalib ayrılıb.

Onu da qeyd edək ki, bu gün saat 17:00-da D qrupu üzrə Argentina – İslandiya, saat 20:00-da C qrupu üzrə Peru – Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya – Nigeriya arasında oyunlar keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 666          Tarix: 16-06-2018, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma