Xəbər lenti

 Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı başa çatıb.

Virtualaz.org-un məlumatına görə, 44 ölkədən idmançıların iştirak etdikləri çempionatda Azərbaycan millisinin üzvü Ning Jing şəxsi oyunlarda bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

Beləliklə, idmançımız ikinci dəfə gənclər arasında Avropa çempionu titulunu qoruyub.




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 24-07-2018, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma