Xəbər lenti

“Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkarcasına yanaşacağıq”.

Strateq.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Avropa Liqasınə çərçivəsində Moldovanın “Şərif” komandası ilə oyunla bağlı deyib.

Qurbanov deyib ki, komandasını meydanda çətin rəqib gözləyir: “Ötənilki “Şerif”lə builki arasında böyük fərq var. Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq. Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də, ola bilsin, bir neçə problem var. Buna baxmayaraq oyuna hazırıq”.

Xatırladaq ki, “Qarabağ”la “Şərif”  UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçında bu gün saat 21.00-da meydana çıxacaqlar.

 




Ana səhifəyə qayıt        Baxış: 607          Tarix: 23-08-2018, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma