Xəbər lenti

ABŞ-ın Sent-Luis şəhərində “Sinquefield Cup” superturnirinin VI turu keçirilib.

“Report” xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb.

Partiya heç-heçə başa çatıb.

Digər qarşılaşmaların nəticələri:

Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya) – 1:0

Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

Xikaru Nakamura (ABŞ) – Levon Aronyan (Ermənistan) – 0,5:0,5

Aleksandr Qrihuk (Rusiya) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5

Uesli So (ABŞ) – Vişvanatan Anand (Hindistan) – 0,5:0,5

Altı turdan sonra Karuana 4 xal ilə turnir cədvəlində təmiz liderliyə yüksəlib. İkinci-beşinci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (2,5 xal) və Nakamura (2) qərarlaşıb, Karyakin isə 1,5 xal ilə turnir cədvəlini qapayır.

Şənbə günü keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov Karyakinlə qarşılaşacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 25-08-2018, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma