Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasındakı V tur görüşlərində üz-üzə gələcək komandaların heyətləri açıqlanıb.
“Report”un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığmasından Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanla birinci lövhədə üz-üzə gələcək. Onun bacısı Zeynəb Məmmədyarova da Yunanıstan millisinin lideri Anna-Mariya Botsari ilə qarşılaşmada ön lövhədə yer alacaq. Məmmədyarovla qara fiqurlarla mübarizə aparacaqlar.
Komandaların heyətləri:
Ermənistan – Azərbaycan
Levon Aronyan – Şəhriyar Məmmədyarov
Qabriel Sargissyan – Teymur Rəcəbov
Qrant Melkumyan – Arkadi Naydiç
Hayk Martirosyan – Rauf Məmmədov
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.
Yunanıstan – Azərbaycan
Anna-Mariya Botsari – Zeynəb Məmmədyarova
Stavrula Tsolakidu – Xanım Balacayeva
Anastasiya Avramidu – Gülnar Məmmədova
Haritomeni Markantonaki – Ülviyyə Fətəliyeva
Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edəcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Paylaş: