Xəbər lenti

 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) üzgüçülük üzrə milli komandasının idmançısı Roman Saley beynəlxalq turnirdə 4 medal qazanıb.

ARMPK-dan AZƏRTAC-a bildiriblər ki, təmsilçimiz Almaniyanın Hamm şəhərində keçirilən beynəlxalq yarışda uğurla çıxış edib. Belə ki, Roman Saley 50 və 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız, həmçinin arxasıüstə krol və baterflay üsulla 100 metr məsafəyə yarışlarda da birinci olub.




Ana səhifəyə qayıt        Baxış: 651          Tarix: 1-10-2018, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma