Xəbər lenti

Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Malta qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

“Report” xəbər verir ki, baş məşqçi Lars Olsen 23 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü hücumçudur.

Qapıçılar: Qunnar Nilsen (“Hafnarfyordur”, İslandiya), Teytur Gestsson (“Torshavn”), Kristian Yönsen (“Klaksvik”)

Müdafiəçilər: Atli Qreqersen (“Vikinqur”), Odmar Feryo (“B-36 Torshavn”), Vilyormur Davidsen (“Veyle”, Danimarka), Yoqvan Roy Davidsen (“Torshavn”), Sonni Raqnar Nattestad (“Horsens”, Danimarka), Hayni Vatnsdal (“Fremad Amager”, Danimarka), Qunnar Vatnhamar (“Vikinqur”), Maqnus Egilsson (“Torshavn”)

Yarımmüdafiəçilər: Kay Leo Bartalsstovu (“Vestmannaeyar”, İslandiya), Gilli Rolantsson Sörensen (“Brann”, Norveç), Rene Şaki Yensen (“Qrindavik”, İslandiya), Hallur Hansson (“Horsens”, Danimarka), Brandur Hendriksson Olsen (“Hafnarfyordur”, İslandiya), Roqvi Baldvinsson (“Brüne”, Norveç), Arni Frederiksberb (“NSİ Runavik”), Yohannes Byartalid (“Klaksvik”), Sölvi Vatnhamar (“Vikinqur”)

Hücumçular: Yohan Suymun Edmundsson (“Arminiya”, Almaniya), Klemint Andrasson Olsen (“NSİ Runavik”), Yakub Tomsen (“Hafnarfyordur”, İslandiya)

Torshavnda Azərbaycan millisinin 3:0 hesabı ilə qalib gəldiyi ilk görüşlə müqayisədə Olsen 4 yeni oyunçuya – Frederiksberb, Byartalid, Vatnhamar və Tomsenə dəvət göndərib.

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları qarşılaşması saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə Farer adaları Maltanın qonağı olacaq

 




Ana səhifəyə qayıt        Baxış: 407          Tarix: 10-11-2018, 16:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma