Xəbər lenti

Futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun ilk 12 oyunu keçirilib.

“Report”un məlumatına görə, Türkiyə təmsilçisi “Beşiktaş” İsveç “Malmö”sünü qəbul edib.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 51-ci dəqiqədə Markus Antonsson vurub. 65-ci dəqiqədə isə Rikardu Kuarejma birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub.

Bu məğlubiyyətdən sonra 7 xala malik “Beşiktaş” 3-cü pilləyə enib və mübarizəni dayandırıb. 1/16 finala isə I qrupundan növbəti mərhələyə isə 11 xalı olan Belçika “Genk”i ilə xallarını 9-a çatdıran “Malmö” yüksəlib.

Qazaxıstan “Astana”sı da Fransada “Renn”ə 2:0 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Hər iki qolu 68 və 73-cü dəqiqələrdə İsmaila Sarr vurub. Qonaq komandanın heyətində Azərbaycan millisinin futbolçusu Riçard Almeyda start heyətdə meydana çıxıb. “Qarabağ”ın daha bir sabiq yarımmüdafiəçisi Pedro Enrike də “11-lik”də yer alıb. Almeyda 46-cı, Enrike 71-ci dəqiqədə əvəzlənib.

Bununla da “Astana” K qrupunda 8 xalla 3-cü yeri tutub. 1/16 finala isə 11 xala malik Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə 9 xalı olan Fransa “Renn”i yüksəlib.

 




Ana səhifəyə qayıt        Baxış: 434          Tarix: 14-12-2018, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma