Xəbər lenti

 

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların yay fasiləsində transfer xərclərinin ümumi məbləğini açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan ümumilikdə 80 klub futbolçu alışına 3,98 milyard avro xərcləyiblər. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çoxdur.

ÇL-dən 8, AL-dən isə 4 klubun hər biri yayda transferlərə 50 milyon avrodan çox vəsait sərf ediblər. Bu vaxt ərzində əsas tələbat 21 – 24 yaşlı futbolçulara olub. Ümumi məbləğin 74 faizi onlar üçün xərclənib.

80 klubdan 34-ü özlərinin transfer xərcləri ilə bağlı rekordlarını yeniləyib.

Qeyd edək ki, hazırda avrokubokda Azərbaycanın bir təmsilçisi qalıb. Ölkə çempionu “Qarabağ” Avropa Liqasında “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) klubları ilə birgə A qrupunda yer alıb. 




Ana səhifəyə qayıt        Baxış: 391          Tarix: 12-09-2019, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma