Xəbər lenti

 

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın İspaniyanın “Sevilya” klubu ilə qarşılaşmasından öncə qeydə alınmış görüntü diqqətləri öz üzərinə çəkib.

Oxu.Az xəbər verir ki, matç başlamazdan əvvəl “Sevilya” futbolçuları ilə birgə meydana çıxan azyaşlılardan birinin hərəkəti sosial şəbəkədə müzakirəyə obyektinə çevrilib. 

Avropa Liqasının himni oxunarkən “Sevilya”nin braziliyalı mərkəz müdafiəçisi Dieqo Karlosun önündə dayanan azyaşlılardan biri barmağı ilə üç işarəsi edib. Sosial şəbəkə istifadəçiləri azyaşlının bu hərəkətini qarşılaşmanın hansı hesabla nəticələnəcəyi barədə öz ehtimalı kimi qiymətləndirib.

Belə ki, azyaşlı barmağı ilə işarə etdiyi kimi qarşılaşma da 0:3 hesabı ilə qonaqların qalibiyyəti ilə yekunlaşıb.

Əldə etdiyimiz məlumata görə, həmin uşağın adı Fəriddir. Fərid Peşəkar Futbol Liqasının mətbuat katibi Aslan Şahgəldiyevin oğludur. Atası isə saytımıza açıqlamasında buna aydınlıq gətirib:

“Fəriddən bunu niyə etdiyini soruşmuşam. O, hesabın “Qarabağ”ın xeyrinə 3:0 bitəcəyini göstərir. Bunu “Sevilya” futbolçusuna göstərmək istəyirmiş. Amma göründüyü kimi, hesabı təxmin edə bilməyib və əksinə, “Qarabağ” 0:3 uduzub”.




Ana səhifəyə qayıt        Baxış: 335          Tarix: 20-09-2019, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma