
“Qarabağ” bu gün UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.
“Report” xəbər verir ki, Ağdam klubu I tur çərçivəsində İspaniyanın “Sevilya” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.
Çempionlar Liqasının qrupuna düşməyi bacaran ilk və hələlik yeganə Azərbaycan təmsilçisi olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollekiv Avropa Liqasında eyni uğura 5 dəfə imza atıb. Lakin “köhlən atlar” indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.
“Sevilya” isə turnirin rekordçusudur. Andalusiyalılar 6-cı dəfə Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim: Yevqeni Aranovski
Yan xətt hakimləri: Syomen Şlonçak və İqor Alyoxin
Dördüncü hakim: Yaroslav Kozık (hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Paylaş: