
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşıb.
Oxu.Az xəbər verir ki, tərəflərin ilk görüşündə heç-heçə qeydə alınıb.
Bu iki qrossmeysterimiz arasında növbəti görüş sabah olacaq.
Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan Dünya Kuboku sentyabrın 10-da start götürüb və oktyabrın 4-də başa çatacaq. Bu turnirin finalına çıxan şahmatçılar gələn il Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək şahmat tacına iddiaçılar turnirinə vəsiqə qazanacaq.
14:36
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk partiyaları keçirilir.
Oxu.Az xəbər verir ki, bu mərhələdə iki Azərbaycan qrossmeysteri qarşı-qarşıya gəlir.
Belə ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov görüşür.
Paylaş: