Xəbər lenti

 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, turun ikinci matçı paytaxtdan kənarda olacaq. Qəbələ şəhər stadionunda eyniadlı komanda "Nefçi"ni qəbul edəcək. 5 turdan sonra əyalət təmsilçisi 4 xalla 7-ci, paytaxt klubu isə 5 xalla beşinci pillədə qərarlaşıb.

Bu, komandaların çempionatda 45-ci matçı olacaq. 44 qarşılaşmanın 19-da "ağ-qaralar", 16-da isə "qırmızı-qaralar" qələbəyə seviniblər. Topların nisbətində "Neftçi"nin minimal hesablı üsrünlüyü var - 58:57. Komandalar arasındakı son 4 çempionat matçında hər iki tərəf qol vurub. "Neftçi" rəqibinə qarşı ardıcıl 9 oyunda meydanı qolsuz tərk etməyib.

"Neftçi" yay transfer dövründə "Qəbələ"nin 3 futbolçusunu heyətinə qatıb. Bunlar Voislav Stankoviç, Stiven Monroz və Rauf Əliyevdir. 2018/2019 mövsümü ərəfəsində isə Baqali Dabo transfer edilib. 

28 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura sentyabrın 28-də keçiriləcək "Sabah" - "Səbail" və "Keşlə" - "Zirə" matçları ilə yekun vurulacaq. 




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 28-09-2019, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma