İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” təyyarə qəzasında həlak olan Emiliano Salanın transferi üçün Fransanın “Nant” klubuna 5,3 milyon funt sterlinq ödəməli olacaq.
“Report” LBC radiosuna istinadən xəbər verir ki, bununla bağlı FIFA qərar çıxardıb. “Kardiff Siti” transfer məbləğini 3 dəfəyə ödəməyə və bu ilin fevralında 5 milyon funt strelinq verməyə razı olsa da, sonradan klub rəhbərliyi fikrini dəyişib. Bundan sonra “Nant” ali futbol qurumuna şikayət edib.
Qeyd edək ki, Emiliano Sala “Kardiff Siti”yə qış transfer dövründə Fransa “Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Argentinalı forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.
Paylaş: