“Qarabağ” APOEL oyunu yekunlaşdı. “Qarabağ”ın üstünlüyü ilə keçən oyun 2:2 hesabı ilə yekunlaşıb. Nəticədə “Qarabağ” evdə ilk, ümumilikdə 4-cü xalını toplayıb. A qrupunun autsayderi olan APOEL isə ilk xalını qazanıb.
***
“Qarabağ” APOEL oyununda hesab bərabərləşdi. Oyunun 59-cu dəqiqəsində Aylton Silvanın başla vurduğu gözəl zərbə ilə komandasının bərabərlik qolunu vurub: 2:2.
***
“Qarabağ” APOEL oyununda hesab dəyişib. Oyunun 45+1-ci dəqiqəsində rəqib hesabda önə keçib. Qonaqların heyətində Linus Hallenius fərqlənib - 1:2.
***
“Qarabağ” APOEL oyununda hesab bərabərləşdi. Oyunun 29-cu dəqiqəsində APEOL-in oyunçusu Nkolas İoannou standart vəziyyətdən ötürülən topu baş zərbəsi ilə tora göndərib: 1:1
***
“Qarabağ” APOEL oyununda hesab açıldı. “Qarabağ”ın oyunçusu Dani Kintana 13-cü dəqiqədə vurduğu gözəl qolla rəqibi meydanın mərkəzinə dəvət edib.
***
Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində növbəti oyununa çıxıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi Kiprin APOEL klubunu qəbul edir.
Komandalar meydana aşağıdakı heyətlə çıxıb:
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nkolas İoannou (k), 90. Vujidan Saviç, 91. Draqan Mixayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. Giorge Efrem, 17. Antonio Yakolis, 23. Joajinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll
Qeyd edək ki, A qrupunun digər oyununda “Sevilya” “Düdelanj”la görüşəcək.
Paylaş: