Xəbər lenti

 

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib. 

77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyanı qalib gəlməklə, həlledici görüşdə iştirak hüququ qazanıb. 

O, rəqibini 3:0 hesabı ilə məğlub edib. Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq. 

Qeyd edək ki, güləşçimiz Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla münasibətinə aydınlıq gətirib və rəqibini 5:3 hesabı ilə məğlub edib. Süleymanov 1/8 finalda İtaliya təmsilçisi Matteo Maffetsoliyə də heç bir şans verməyib - 7:0. Pəhləvanımız 1/4 finalda yunanıstanlı Georgios Prevolarakis üzərində inamlı qələbə qazanıb. O, son saniyələrdə işlətdiyi gözəl fəndlə rəqibini "tuşe" ilə məğlub edib.  \\Apasport




Ana səhifəyə qayıt        Baxış: 1 053          Tarix: 10-02-2020, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma