Xəbər lenti

 

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatda 62 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Tatyana Omelçenko təsnifat mərhələsində italyan idmançıya qalib gəlib. Yığmamızın üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu Yuliya Tkaça (Ukrayna) məğlub olub. T.Omelçenko fevralın 14-də bürünc medal uğrunda güləşib və Belarus idmançısını üstələyərək üçüncü yerin sahibi olub.

Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb. \\BAKU.WS




Ana səhifəyə qayıt        Baxış: 1 402          Tarix: 15-02-2020, 00:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma