Xəbər lenti


Aprelin 6-dan 10-dək İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə yarışları keçirilib.

Ovqat.com Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Türkiyənin 40 futbol komandasının qatıldığı yarışa Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası da dəvət alıb.

 Yarışlar qrup, yarımfinal və final olmaqla üç mərhələdə keçirilib. Finalda komandamız Türkiyənin "Bəylikgücü" futbol komandasını 7:0 hesabla məğlub edərək kubokun sahibi olub və "U-10 Champions Trophy" beynəlxalq turnirinə vəsiqə qazanıb. Turnirin ən yaxşı, eyni zamanda ən sərrast oyunçusu "Vətən" Futbol komandasının üzvü Anar Hüseynov seçilib.

Beynəlxalq turnir iyunun 16-dan 18-dək Avstriyanın Vyana şəhərində keçiriləcək.

Yarışda iştirak edəcək "Vətən" futbol komandasının bütün xərcləri Türkiyənin "Altınordu" Futbol Klubu tərəfindən ödəniləcək.

"U-10 Champions Trophy" - 10 yaşlılar arasında dünyanın ən böyük və mötəbər futbol turniridir. Bu turnirə Avropa, Cənubi və Şimali Amerika, Asiya, Afrika, Avstraliyanın ən güclü futbol klublarının komandaları qatılır.






Ana səhifəyə qayıt        Baxış: 1 332          Tarix: 10-04-2017, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma