Xəbər lenti


Futbol üzrə Qətərdə keçirilən dünya çümpionatı elə ilk gündən bir sıra maraqlı hadisələrlə diqqəti çəkib. Belə ki, turnirin ikinci günü keçirilən İngiltərə - İran qarşılaşmasında İslam ölkəsi millisinin futbolçuları matçdan əvvəl etiraz əlaməti olaraq öz ölkələrinin himnini oxumayıblar. Məlumata görə, İran millisinin üzvləri son aylar ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar. 

Bundan başqa, iranlı azarkeşlər himni fitə basıblar. Eyni zamanda, stadionda azarkeşlər İran rejimi əleyhinə plakatlar nümayiş etdiriblər. Futbolçuların bu addımı göstərir ki, ölkənin əksər sakinləri etirazçıları dəstəkləyir.


Futbolçuların bu addımı istər-istəməz İranda geniş rezonans doğuracaq. İstisna deyil ki, onların bu hərəkəti ölkədə etiraz dalğasına yeni stimul versin. Hətta gözləniləndir ki, digər idman növləri üzrə xarici ölkələrə yarışa gedəcək digər idmançılar da anoloji addımı təkrarlasınlar.  


Yaranmış vəziyyət geniş rezonans doğurarsa, hətta Tehran rejimi bir müddət idmançılarını xarici ölkələrdə keçirilən yarışlara buraxmaya da bilər. Bu isə sonda İrana münasibətdə sanksiyaların idman sahəsinə sirayət etməsinə də gətirib çıxarar. 

Bu fonda istisna deyil ki, İran futbolçularının həmin hərəkəti əvvəlcədən planlaşdırılmış addımdır və burada bəzi Qərb dövlətlərinin dolayı dəstəyi də olub. Aydın məsələdir ki, belə bir hərəkət fonunda İran futbolçuları mundialda yarışı başa vurduqdan sonra vətənlərinə geri dönüşü çətin olacaq. Çünki sərt qanunlarla idarə olunan bir ölkə vətəndaşının beynəlxalq yarışlarda milli himni ifa etməkdən imtina etmələri onların İrana qayıtdıqdan sonra cəzalandırılması ilə sonuclana bilər. Bu mənada İran millisi futbolçularının mundialda yarışları başa vurduqdan sonra hansısa bir Qərb ölkəsindən sığınacaq istəyəcəkləri də gözləniləndir. Hadisələrin bu sonluqla bitəcəyi ən real variantdır. 

Rüfət Sultan
Qaynar.info


Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.





Ana səhifəyə qayıt        Baxış: 4 798          Tarix: 22-11-2022, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma