Xəbər lenti

 

"Real"ın hücumçusu Alvaro Moratanın yeni komandasının adı müəyyənləşmək üzrədi.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, "Çelsi" ulduz futbolçunun keçidinə çox yaxındı.

Romelu Lukaku uğrunda yarışda "Mançester Yunayted"ə yenilən "zadəganlar" İspaniya millisinin üzvünü əldən buraxmaq fikrində deyillər. "Milan"ın son təklifi "Real"ı qane etmədiyindən, "Çelsi" bu yarışda, demək olar ki, tək qalıb.
İngiltərə KİV-də klublar arasında hətta ilkin razılığın əldə edildiyi də yazılıb. Transferin detalları açıqlanmasa da, yaxın günlərdə keçidin baş tutacağı vurğulanıb.




Ana səhifəyə qayıt        Baxış: 644          Tarix: 19-07-2017, 19:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma