Xəbər lenti

 "Qəbələ" komandası bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Rəqib Yunanıstan "Panatinaikos"u olacaq.

Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Oyunu Xuan Martines Munueranın başçılığı ilə ispaniyalı hakimlər briqadası idarə edəcək.

Bu komandalar 2015-2016 mövsümündə Avroliqanın "play-off" mərhələsində üz-üzə gəliblər. Həmin vaxt "Qəbələ" səfər qolları sayəsində (0:0, 2:2) tarixində ilk dəfə qrup mərhələsinə adlayıb.

"Qəbələ" bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Polşa "Yagelloniya"sını mübarizədən kənarlaşdırıb - 1:1, 2:0. Bundan sonra Bakıya qayıtmayan "qırmızı-qaralar" əvvəlcə Varşavada, sonra isə Afinada hazırlıq keçib. "Panatinaikos" isə mübarizəyə elə III təsnifat mərhələsindən başlayacaq.




Ana səhifəyə qayıt        Baxış: 969          Tarix: 27-07-2017, 08:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma