Xəbər lenti

 

Bu gün UEFA Superkuboku uğrunda qarşılaşma keçiriləcək.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, ötən mövsümdə avrokubokların qalibi olan qitə nəhəngləri Makedoniyanın paytaxtı Skopyedə münasibətlərini aydınlaşdıracaqlar.

Çempionlar Liqasının son qalibi "Real" Avropanın ən güclüsü olduğunu bir daha sübut etməyə çalışacaq. Avropa Liqasını qazanmaqla Çempionlar Liqasına vəsiqə qazanan "Mançester Yunayted" qitənin ikinci dərəcəli klub turnirindəki qələbəsinin davamını gətirməyə iddialıdı.

Hər iki komanda əvvəllər də Superkubok qarşılaşmasında iştirak edib. "Real" son üç kubokdan ikisinin qalibidi. 2014 və 2016-cı illərdə bu titula yiyələnən madridlilər ardıcıl 2-ci dəfə Superkuboku muzeyinə aparmaq niyyətindədi.

"Kral klubu" bunu bacarsa, "Ayaks" və "Milan"dan sonra ardıcıl iki dəfə qalib gələn 3-cü komanda olacaq. Hollandiyalılar 1972 və 1973, italiyalılar isə 1989 və 1990-cı ildə qələbələri sıralayıb. Son 27 ildə isə heç bir komanda titulunu növbəti mövsümdə qoruya bilməyib.

"Mançester Yunayted" isə 26 ildən sonra kuboku qazanmaq istəyindədi. "Qırmızılar" yeganə uğurunu uzaq 1991-ci ildə əldə edib. 2-ci dəfə Superkubok sahibi olmağa can atan ingiltərəlilər 1999 və 2008-ci illərdə həlledici matçda uduzub.

Maraqlıdı ki, mançesterlilər 26 il əvvəlki kimi yenə ikinci dərəcəli kubokun qalibi kimi döyüşə çıxır. Uğursuz iki cəhddə isə komanda Çempionlar Liqasının qalibi olub. Madrid təmsilçisi isə Superkuboka həmişə Çempionlar Liqasının qalibi kimi qatılıb.

Qeyd edək ki, Skopyedəki II Filip stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

UEFA Superkuboku

8 avqust

22:45. "Real" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Canluka Rokki

Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati

Ehtiyat hakim Rikkardo Di Fiore (hamısı İtaliya)

Dördüncü hakim: Klement Turpin

UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)

Skopye (Makedoniya). II Filip stadionu

19:04

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək. 
Ovqat.com qol.az-a istinadən xəbər verir ki, ötən mövsüm avrokubokların qalibi olan komandalar üz-üzə gələcək.
Çempionlar Liqasın qalibi "Real" Avropa Liqasını qazanan "Mançester Yunayted"lə üz-üzə gələcək. 
Görüş Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.

8 avqust

UEFA Superkuboku
22:45. "Real" (Madrid, İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim
: Canluka Rokki

Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati (hamısı İtaliya)
Skopye (Makedoniya). II Filip stadionu




Ana səhifəyə qayıt        Baxış: 743          Tarix: 8-08-2017, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma