Xəbər lenti

 Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ənənəvi yarışa millimizin üzvləri də qatılıblar.

 19 ölkənin mübarizə apardığı turnirdə yığmamız 2 boksçu ilə təmsil olunub. Elbrus Rzayevin yetirmələrindən Anna Əlimərdanova çıxışını bürünc medalla başa vurub.

 54 kq çəki dərəcəsində rinqə çıxan təmsilçimiz Çloe Tomas (Uels) və Dina Jolomana (Qazaxıstan) qalib gələrək, yarımfinala yüksəlib. O, bu mərhələdə Çin Taypeyindən olan Yu-Tinq Linlə üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Əlimərdanova turniri 3-cü yerdə bitirib.

 Digər boksçumuz Yana Alekseyevna (60 kq) isə 1/8 finalda büdrəyib. O, Mira Potkonenə (Finlandiya) məğlub olub. 




Ana səhifəyə qayıt        Baxış: 557          Tarix: 11-09-2017, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma