Xəbər lenti
Bu gün, 19:25

 Türkiyə radara düşməyən yeni raket hazırlayıb.

Axar.az xəbər verir ki, intensiv şəkildə qorunan quru və dəniz hədəflərinə qarşı istifadə edilmək üçün hazırlanan SOM Türkiyədə modernləşdirilən ilk və yeganə naviqasiya raketi xüsusiyyətini daşıyır. Müxtəlif xarici müdafiə sərgilərində nümayiş etdirilən bu naviqasiya raketi beynəlxalq səviyyədə böyük marağa səbəb olub.

SOM-a sahib olan təyyarə düşmən hava müdafiə sistemlərinə daxil olmadan qeyd olunan hədəfi səhvsiz vurma özəlliyinə sahibdir. Həm aşağı məsafədən hərəkəti, həm də xüsusi boyası SOM-un radara düşməməsini təmin edir. Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü SOM naviqasiya raketinin F-35 təyyarələrinə quraşdırılması ilə əlaqədar olaraq bəyanat da verib:

“SOM raketinin F-35 təyyarələrinə quraşdırılması və bu təyyarələrdə istifadə edilməsini nəzərdə tutan layihəni ROKETSAN vasitəsilə həyata keçiririk. F-35 proqramında 9 ölkə var. Müdafiə Sənayesi Araşdırma və İnkişaf Etdirmə İnstitutu tərəfindən hazırlanan, ROKETSAN tərəfindən istehsal edilib satışa çıxarılacaq SOM naviqasiya raketlərinin bu ölkələrdə istifadə edilməsini istəyirik. F-35 “Joint Strike Fighter” proqramı, ABŞ-a aid bir konsorsiumdur. Alıcı ölkələrlə ROKETSAN danışıqlarını davam etdiririk”.




Ana səhifəyə qayıt        Baxış: 521          Tarix: 22-10-2017, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma