Qeyri-rezidentlərin Çinin bank və investisiya şirkətlərində iştirakla bağlı mövcud məhdudiyyətlər ləğv edilir. Bununla da qeyri-rezidentlər artıq Çin maliyyə sistemindəki şirkətlərdə nəzarət hüququna da sahib ola bilər. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu qərar Çin hökuməti tərəfindən ölkənin maliyyə sektorunun liberallaşdırılması prosesi çərçivəsində qəbul olunub.
Çin iqtisadiyyat nazirinin müavini Çju Quanyao bu gün Pekində verdiyi açıqlamada bildirib ki, qeyri-rezidentlər artıq Çin şirkətlərində 51% paya sahib ola biləcəklər. Çin bu günə qədər müxtəlif məhdudiyyətlərlə xarici bankları daxili bazara yaxınlaşmağa imkan verməsə də, bu qərarla onlar artıq 51%-lik pay əldə edə biləcəklər. Bu da xarici bank, investisiya və sığorta şirkətlərinə çinli rəqibləri ilə effektiv rəqabət aparmağa imkan verəcək.
Paylaş: