Xəbər lenti

"Azərbaycan iqtisadiyyatı kiçik olduğu üçün dünya iqtisadiyyatında baş verən proseslərin təsirindən kənarda qalmayıb."

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən II Bankçılıq Forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənovanın sözlərinə görə, növbəti illərdə Azərbaycan iqtisadiyyatı daha sürətlə diversifikasiya olunacaq: "Növbəti illərdə bir sıra sənaye müəssisələrinin açılışının şahidi olacağıq. Aparılan islahatlar nəticəsində tranzit daşımaların həcmi son 9 ayda 7,9 mln. tona çatıb. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin işə düşməsi Azərbaycanın tranzit potensialını daha da artıracaq".

Nazir müavini qeyd edib ki, bankların sağlamlaşdırılması üçün Türkiyə təcrübəsi nümunə olmalıdır: "Türkiyədə 2001-ci ildə məhz bankların sağlamlaşdırılması yolunun seçilməsi bizim banklar üçün də nümunədir".




Ana səhifəyə qayıt        Baxış: 728          Tarix: 23-11-2017, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma