Xəbər lenti

 

Hazırda kredit borcunu qaytara bilməyən xeyli insan var. Bundan çıxış yolu kimi bir sıra təkliflər hazırlanıb. Məsələn, kredit borcunu qaytarmaqda çətinlik çəkənlərə bir sıra vergi güzəştlərinin tətbiq edilməsi təklif olunur. Bundan əlavə, bir neçə banka borcu olanlarla bağlı da bir sıra yeniliklər ola bilər. Sıradakı xəbərimiz məhz bu haqdadır.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, kredit borclarını qaytara bilməyənlərlə bağlı yeni təkliflər hazırlanır. Maliyyə Bazarlarına Nəzarət Palatası və Banklar Assosiasiyasının nümayəndələri, həmçinin bank rəsmiləri və müstəqil iqtisadçıların birgə müzakirəsi zamanı kredit borcunu qaytara bilməyənlərin vergidən azad edilməsi təklif olunub. Söhbət borclu şəxslərin 14 faizlik gəlir vergisindən azad edilməsindən gedir.
Bir neçə banka borcu olan müştərilərlə bağlı da təkliflər səsləndirilib. Təkliflərdə həmin kreditlərin sağlamlaşdırılması nəzərdə tutulur.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, bu təklifdə borc məbləği eyni qalsa da, vətəndaşın aylarla bir neçə bankla danışıqlar aparmasının qarşısı alınacaq.
Təkliflər hökumətdə müzakirə ediləcək. Qeyd edək ki, mərkəzi bankın məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə ödəniş vaxtı keçmiş borcların həcmi 1 milyard 889 milyon 600 min manat təşkil edib və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 37,4 faiz daha çoxdur.

Videonu izləmək üçün şəklə klikləyin:




Ana səhifəyə qayıt        Baxış: 1 160          Tarix: 9-12-2017, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma