Xəbər lenti

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğvedicisi olduğu bir sıra bankların balansındakı əmlakları hərrac yolu ilə satışa çıxarır.

“Report” Fonda istinadən xəbər verir ki, bunlar həm daşınar, həm də daşınmaz əmlaklardır.

Belə ki, ləğv prosesində olan “Bank Standard” QSC-nin balansındakı 1 ədəd “Daewoo Nexia”, 6 ədəd “Mitsubishi Lancer”, 6 ədəd “Toyota Corolla”, 1 ədəd “Toyota Avalon”, 3 ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1 ədəd “Fiat Doblo Cargo” və 1 ədəd “Mercedes-815” markalı yük avtomobilləri, 2 ədəd bankomat və 1 ədəd embosser, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı 1 ədəd “Ford Focus”, 1 ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri, 2 ədəd embosser, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayiş sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evi satışa çıxarılır.

Hərrac açıq formada yanvarın 16-da, saat 11:00-da Birjanın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 156 (20A), 1933-cü məhəllə ünvanında keçiriləcək.

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə, eləcə də (012) 566-70-25, 566-79-67 nömrəli telefonlarla əldə edə bilərlər.




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 19-12-2017, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma