Xəbər lenti

"Təəssüf ki, XXIV Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində iştirak edə bilmirəm. Azərbaycan Avropanın mühüm bir tərəfdaşıdır". "Report" xəbər verir ki, bunu sərgi ilə paralel Xəzər neft-qaz konfransına video müraciətdə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçovic deyib. 

M.Şefçoviç deyib ki, Cənub Qaz Dəhlizi layihəsi getdikcə irəliləməkdədir: "Bu gün Cənubi Qafqaz Boru Kəməri, TANAP kəmərində uğurlu irəliləmə var. Həmçinin, TAP kəmərində də əhəmiyyətli irəliləyiş olub. Bütün bu kəmərlər Avropa İttifaqı üçün əhəmiyyətlidir. Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Amma bizim gələcəkdə də çoxlu əməkdaşlığımız olacaq". 

M.Şefçoviç enerji səmərəliliyindən danışarkən deyib ki, təmiz enerji yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 1 006          Tarix: 1-06-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma