“Commerzbank” dolların dünyanın aparıcı valyutası statusunu itirməyə başladığını açıqlayıb. Bunun qismən ABŞ-ın sanksiya siyasətindən qaynaqlandığı iddiası irəli sürülüb.
“Commerzbank”ın baş iqtisadçısı Corc Kraemer tərəfindən hazırlanan hesabata əsasən, Donald Tramp hökumətinin Avropa ilə münasibətləri pozulduqca dolların dünyanın aparıcı valyutası statusunu itirməsi tendensiyası güclənir: “Dünyada dolların ehtiyat valyuta statusunun sonudur? Bu sual İkinci Dünya Müharibəsinin sonundan indiyə qədər bir neçə dəfə gündəmə gəlib. Belə ki, ötən əsrin 60-cı illərinin əvvəlində Fransa prezidenti Şarl de Qoll dolların beynəlxalq hesablaşmalarda tətbiqindən imtina edərək, qızıla keçdi. 2009-cu ildə Rusiya və Çin rəhbərləri hesablaşmalarda dollardan imtinaya təşəbbüs göstərdilər. Lakin bu addımların heç biri uğurlu olmadı. Bu gün isə artıq dolların valyuta kimi statusu çökməkdədir”.
Kraemerə görə, dollar valyuta bazarındakı mövqeyini getdikcə həmin yeri avro tutacaq: “Şübhəsiz, hələ də beynəlxalq maliyyə əməliyyatlarının böyük hissəsi dollarla aparılır. Ancaq bu pay son illərdə azalıb və avro ciddi rəqibə çevrilib. Avronun proseslərdəki payı, sadəcə, dörd bənd geridir”.
İqtisadçı avronun artan əhəmiyyətinin bir səbəbini də Avro Bölgəsində borc böhranının başa çatması ilə izah edib. Onun sözlərinə görə, bölgədə iqtisadi artım başlayıb: “Ancaq bu artım hələlik dolların dünya valyutası kimi statusunu təhdid etməyə yetərli deyil. Hesab edirəm ki, avro ödəmə əməliyyatlarında status qazanarsa, tələbat daha da artacaq. Çünki ABŞ-ın əksinə olaraq, hazırda Avro Zonası cari profisitə malikdir. Bu da avronun təkcə dollar qarşısında deyil, bütün valyutalara qarşı dəyər qazanacağını göstərir”.(oxu.az)
Paylaş: