Xəbər lenti
27-11-2024, 19:25

“PepsiCo”nun icraçı direktoru İndra Nuyi istefa verib.

62 yaşlı İndra Nuyi oktyabr ayında on iki illik müddətdən sonra nəhəng alkoqolsuz içki olan “PepsiCo” şirkətinin idarəçiliyinə son qoyacağı barədə xəbər verib. O, gələn ilin əvvəllərinə qədər idarə heyətinin sədri olaraq qalacaq.

Bu bəyanat “Fortune 500” şirkətlərinin rəhbərləri arasında nadir görülən Hindistan mənşəli qadının təxminən 25 il müddətində “PepsiCo” şirkəti ilə olan karyerasına son qoyur.

Onun idarəçiliyi dövründə, əsasən də istehsala qidalı içkilər və qəlyanaltılar əlavə olunduqdan sonra, şirkətin gəlirləri təxminən ikiqat artıb. Uğurlu iş admının karyerasına nəzər salan “IHS Global Insight”-ın baş iqtisadçısı Rajiv Bisvas “Amerikanın Səsi”nə bildirib ki, İndra Nuyi Hindistanda tanınmış şəxsiyyətdir.

O, cənub şəhəri olan Çennayda orta təbəqədə dünyaya gəlib. İndra 1978-ci ildə Yale İdarəetmə Məktəbində təqaüd əldə etmədən öncə Hindistanda korporativ dünyaya qatılıb və təhsil alıb. O, “PepsiCo” şirkətinə 1994-cü ildə qoşulub və 2006-cı ildə indiki yüksək vəzifəsinə qalxıb.

İndra Nuyi “Bloomberg News”-a bildirib ki, o daha çox qadının korporasiyaların ən yüksək vəzifələrində işləməsinə dəstək verməyi planlaşdırır.

Hal-hazırda “Wall Street-in” S & P 500 indeksində qadınlar siyahıya alınmış 500 şirkətdən 24-ə başçılıq edir.

CNBC biznes kanalına görə, ABŞ-ın ən yaxşı beş müdafiə şirkətinin dördünü tezliklə qadınlar idarə edəcək. Bunlar “Northrop Grumman”, “Lockheed Martin”, “General Dynamics and Boeing Defense”, “Space and Security” şirkətləridir.

 




Ana səhifəyə qayıt        Baxış: 447          Tarix: 8-08-2018, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma