Xəbər lenti

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin ilk yeddi ayında ölkədə tütün məmulatlarının istehsalında 2,9 dəfə, içki istehsalında 9 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə qida məhsullarının istehsalı isə 2,4 faiz azalıb.

Bu sahələrin əsas məhsullarından cem və marmeladların istehsalı 1,1 faiz, brendi (konyak) istehsalı 4,8 dəfə, üzüm şərabının istehsalı 34,4 faiz, alkoqolsuz içkilərin istehsalı 20 faiz artıb.

Bununla yanaşı, kolbasa məmulatlarının istehsalı 0,9 faiz, duru bitki yağlarının 12,2 faiz, qənd və şəkər tozu istehsalı isə 52,2 faiz azalıb.

 




Ana səhifəyə qayıt        Baxış: 482          Tarix: 24-08-2018, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma