Xəbər lenti
27-11-2024, 19:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Acınohur ərazisindəki ceyranların təhlükədə olması, ərazinin əkin məqsədləri üçün əkilməsi ilə bağlı yerində araşdırma aparıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, Acınohur ərazisi dövlət fonduna aiddir və qış otlaq sahələri olmaqla uzun illərdir icarə əsasında heyvandarlıqla məşğul olan ayrı-ayrı təsərrüfatlara verilib.

Ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə hazırda ərazinin 7500 hektarının aqro-texniki və digər münbitləşdirmə tədbirləri aparmaq yolu ilə əkinə yararlı hala salınması üçün “Aqroinkişaf-2017” MMC-yə ayrıldığı müəyyən edilib.

Ceyranların qonşu ərazilərdə məskunlaşması ilə bağlı ekoloji məsələlərin prioritet hesab olunduğu şirkət tərəfindən qəbul edilib və Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə tədqiqatların aparıldığı dövrdə bütün fəaliyyətlərin dayandırılacağı bildirilib.

Eyni zamanda, sürüləri qoruyan itlərin ceyranlara birbaşa təhlükə yaratması səbəbindən gələcəkdə bu torpaq sahələrinin heyvandarlıq məqsədilə fermerlərə verilməsinin məhdudlaşdırılması, istifadəyə nəzarətin gücləndirilməsi ETSN tərəfindən Qax və Samux rayon rəsmilərinə tövsiyə olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 330          Tarix: 27-08-2018, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma