“Azərbaycanla enerji sahəsindəki daimi əməkdaşlığımıza və uzunmüddətli ticarət əlaqələrimizə dəyər veririk”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyindən Birləşmiş Ştatların “ExxonMobil” və “Chevron” şirkətlərinin Azərbaycanın ən böyük neft yataqları blokundakı səhmlərini satmaq niyyətində olması ilə bağlı yayılan informasiyaları şərh edərkən deyiblər.
“Cənub Qaz Dəhlizi Avropanın qaz tədarükünün diversifikasiyasına yardım etməkdə mühüm rol oynayır və ABŞ bu iddialı müəssisəni müdafiə etməyə davam edir. Azərbaycanın enerji ehtiyatlarının davam edən kommersiya inkişafını və onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki iştirakını tam dəstəkləyirik”, – səfirlikdən bildiriblər.
“ExxonMobil” və “Chevron” biznes və investisiya qərarlarını səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üçün mandatına uyğun olaraq qəbul edən ictimai şirkətlərdir. ABŞ-ın energetika şirkətləri 1990-cı illərin əvvəllərindən Azərbaycanda aktiv fəaliyyət göstərir və xarici bazarlara giriş və çıxışla bağlı kommersiya qərarlarını özləri qəbul edir. Səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üzrə eyni səlahiyyətdə olan ABŞ-ın bir çox xidmət təminatçıları Azərbaycanın enerji sektorunda fəaliyyətini davam etdirir”, – ABŞ səfirliyindən qeyd ediblər.
Paylaş: