Xəbər lenti
Bu gün, 19:25

 

Rusiyanın “Qazprombank”ı Azərbaycanda 3 layihənin icrasında maraqlıdır. Bunlar layihə maliyyələşdirilməsi, infrastrukturun qurulması və dövlət-özəl əməkdaşlığı sahələribi əhatə edir.

ONA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini Famil Sadıqov bildirib.

“Azərbaycanda bir neçə layihəmiz reallaşdırılır. Bunlardan biri “SOCAR Polymer” zavodunun maliyyələşdirilməsidir. Hazırda “SOCAR GPC”nin tikintisinə baxılır. Lakin qarşıya məqsəd qoyulub ki, iqtisadiyyatın digər sahələrində də geniş əməkdaşlıq edək”, - deyə F.Sadıqov əlavə edib.

O, həmçinin bildirib ki, “Qazprombank” “SOCAR Polymer” layihəsindən olduqca razıdır: “Bu, Azərbaycanda maliyyələşdirdiyimiz ilk layihədir. Hesab edirəm ki, Azərbaycan kənardan maliyyə vəsaitlərinin cəlb olunması sahəsini inkişaf etdirməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 741          Tarix: 12-03-2019, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma