Xəbər lenti

 

Yaxın günlərdə Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatacaq. Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir. Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və “Türküstan” fider gəmisi ilə Ələt limanına yola salınacaq.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

Məlumata görə, layihə bu ilin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.




Ana səhifəyə qayıt        Baxış: 515          Tarix: 4-07-2019, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma