Xəbər lenti

 

Iqtisadçı ekspert Natiq Cəfərli avronun ucuzlaşmasının səbəbləri haqqında danışarkən deyib. O bildirib ki, avronun enməsinin iki əsas səbəbi var:

“Birinci səbəb Böyük Britaniyanın Avropa Birliyindən çıxması və hələ də müqavilənin bağlanmamasıdır. Hesab edirəm ki, Breksit baş tutsa, kəskin problemlər daha da artacaq. AB-nin önəmli ölkələrindən olan Britaniyanın müqaviləsiz birlikdən çıxması avroya ciddi zərbə vuracaq amilə çevriləcək. Buna görə də hazırda investorlar avronun ucuzlaşmasını nəzərə alıb, bu valyutadan imtina edərək, dollara keçid edirlər. Bu, Britaniya pulunun daha çox ucuzlaşmasına, dolların avroya nisbətdə möhkəmlənməsinə səbəb olur.

İkinci səbəb isə Avropa Mərkəzi Bankının hələ də uçot dərəcəsini 0 faizdə tutmasıdır. FES faizi dərəcələrini 25 faizə qədər azaltsa da, avroya nisbətdə hələ də dolların uçot dərəcəsi yüksəkdir. Bu da avronu dollara nisbətdə zəiflədən amillərdən biridir”.

Ekspert avronun ucuzlaşmasının Azərbaycana dolayı yollarla təsirinin olacağını bildirib:

“Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Buna görə də dünyada gedən proseslər Azərbaycana birbaşa deyil, dolayı yolla təsir göstərir. Azərbaycanın Mərkəzi Bankı dolların məzənnəsini sabit tutmaqda israrlıdır. Çünki ölkənin ticarət dövriyyəsində dollar təxminən 80 faiz rola malikdir. Buna görə də Azərbaycanda dolların qalxmaması üçün avronu daha çox aşağı salırlar”.

 




Ana səhifəyə qayıt        Baxış: 359          Tarix: 4-09-2019, 22:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma