Xəbər lenti

 

Azərbaycanda aqrar sektorun inkişafı əhalinin yerli məhsullarla tam təmin edilməsinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakıda keçirilən Azərbaycan-Tacikistan aqrobiznes forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu sahənin inkişafı ölkənin aqrar məhsullarının ixracı sahəsində imkanların daha da genişləndirilməsinə şərait yaradacaq.

“Hazırda Azərbaycanda aqrar sektorunun inkişafına dair böyük işlər aparılır və bu işlərin nəticəsi kimi, bu ilik birinci yarısında 13%-lik artım qeydə alınıb ki, bu da rekord göstəricidir”, - deyə nazir müavini bildirib.

Emil İsmayılov




Ana səhifəyə qayıt        Baxış: 430          Tarix: 18-09-2019, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma