Xəbər lenti

 

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşları 654 mln 443 min 600 manat təşkil edib.

“Report”un Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da bir il öncəki göstəricidən 1,3% çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 631 mln 634 min 500 manatı və ya 96,5%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

Xatırladaq ki, 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 646 mln 45 min manat vəsait yönəldilib. 




Ana səhifəyə qayıt        Baxış: 254          Tarix: 25-09-2019, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma