İndiyə qədər Azərbaycanla Almaniya arasında 70-dən çox sənəd imzalanıb".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, hazırda iki ölkə 9 müştərək layihənin icrasını davam etdirir: “4-ü yerli, 5-i beynəlxalq olmaqla ümumilikdə 9 müştərək layihənin icrası davam etdirilir. Bu layihələrin ümumi dəyəri 30 milyon avro civarındadır”.
N.Səfərov həmçinin qeyd edib ki, hazırda 154 alman şirkəti müxtəlif sahələr üzrə ölkəmizdə fəaliyyət göstərir: “Bu şirkətlərdən bəziləri Azərbaycanda icra edilən, ümumi dəyəri 1,6 milyard dollar olan 66 layihədə podratçıdır. İndiyə qədər Almaniya Azərbaycana 615 milyon dollar investisiya yatırıb ki, bunun da 96%-i qeyri-neft sektoruna yönəldilib. Azərbaycan isə Almaniyaya 3 milyard dollar investisiya qoyub”.
Onun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24% çoxdur: “Almaniya Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır, bu ölkədən idxal etdiyimiz malların dəyərinə görə isə 1-ci yerdədir”.
Paylaş: