Xəbər lenti

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini artıra bilməsi üçün əsas şərt olaraq inflyasiya hədəfini irəli sürüb. "Report"un analitik qrupu bildirir ki, FED 2% kimi müəyyən etdiyi inflyasiya hədəfinə çatmaq məqsədi ilə süni qiymət artımına nail olmağa çalışır. Belə ki, cari ilin mart ayında ABŞ-da 2,4% olan illik inflyasiyanın iyunda 1,6%-ə qədər geriləməsi nəticəsində FED inflyasiyanı bərpa etmək üçün müxtəlif yollara əl atıb.

İlk növbədə FED ABŞ dollarının ucuzlaşmasına nail olub. Burada ABŞ Prezidenti Donald Trampın ucuz dolların iqtisadiyyata müsbət təsiri ilə bağlı açıqlamaları önəmli rol oynayıb. Həmçinin, ABŞ neft qiymətlərinin 50 dollar/barel səviyyəsindən yuxarı çıxmasına dəstək verərək qlobal mal və xidmətlərin qiymətlərinin artmasına yardım edib.

Qeyd edək ki, ABŞ-da avqust ayında illik inflyasiya 1,9%-ə yüksələrək 2% həddinə yaxınlaşıb. Bu da FED-ə ilin sonuna qədər balansını kiçik miqdarlarda azaltmağa və dekabrda uçot dərəcəsini artırmağa başlamasına imkan verəcək.

  




Ana səhifəyə qayıt        Baxış: 1 198          Tarix: 20-09-2017, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma